KATALONİYA MƏHƏBBƏTLƏ – Corc Oruel

Kataloniyaya məhəbbətlə

Tərcüməçi Əli Nəcəfxanlı (azərb.)
Nəşriyyat Qanun Nəşriyyatı (azərb.), Secker and Warburg (London)

Kataloniyaya məhəbbətlə (ing. Homage to Catalonia) – Corc Oruellin İspaniya Vətəndaş Müharibəsindəki təcrübələri və təhlilləri barədə şəxsi hesabatı. İlk dəfə 1938-ci ildə Böyük Britaniyada nəşr olunmuşdur. 1952-ci ilin fevralına qədər ABŞ-da çapdan çıxmamışdır. Oruellin sağlığında kitab ancaq italyan dilinə tərcümə olunmuşdur (dekabr 1948).[1] Fransız dilinə tərcüməsi isə Oruellin ölümündən 5 il sonrakı müddət boyunca nəşr olunmamışdır.[2]

Məzmun

Siyasi baxışları 1936-cı ilin dekabrında Corc Oruelli Frankoya qarşı savaşan ispan respublikaçılarının sıralarına gətirmişdir.

Oruell Marksist fəhlə partiyasının hərbi dəstələrində vuruşurdu. Bu savaş onun həyatında silinməz iz qoyur. Oruell 1937-ci ilin iyununda bu ölkəni tərk edir. İspaniyadakı gərgin, həyəcanlı günlərdən sonra yarım il Mərakeşdə yaşayan yazıçı burada bir tərəfdən aldığı yaradan müalicə olunmuş, digər tərəfdənsə ispan faşizminə qarşı beynəlmiləl mübarizəni əks etdirən « Kataloniyaya məhəbbətlə » kitabını qələmə almışdır.


İstinadlar

[1] Omaggio alla Catalogna, translated by Giorgio Monicelli (Mondadori, Verona, December 1948), The Lost Orwell, p.124
p.xvi,
[2] Facing Unpleasant Facts, 1937–39, Secker & Warburg, 1998 ISBN 0-436-20538-6

Laisser un commentaire